💻HTTP Only Flag
HTTP Only Flag nədir?
Veb saytların təhlükəsizliyini artırmaq üçün istifadə edilən bir təhlükəsizlik tədbiridir. Bu özəllik çərəzlərin (cookies) yalnız veb brauzer tərəfindən serverə göndərilməsini təmin edir və JavaScript kimi brauzerdə işə düşən kodların bu çərəzlərə müraciət etməsini əngəlləyir. Bu da, pisniyyətli hakerlərin çərəzlərinizi ələ keçirməsini və vacib məlumatlarınızı oğurlamasının qarşısını alır.
Nümunə
Fərz edək ki, bir veb saytda hesabınıza giriş etmisiniz və sayt sizin kim olduğunuzu xatırlamaq üçün bir çəzər (cookie) yaradıb. Bu çərəzdə sizin giriş məlumatlarınız saxlanılır.
Normalda JavaScript ilə çərəzləri oxumaq mümkündür:
console.log(document.cookie); // Bu kod, çərəzləri ekrana çıxarır.Ancaq HTTP Only Flag istifadə edilsə, çərəz belə yaradılacaq:
Set-Cookie: sessionId=abc123; HttpOnlyBu halda, yuxarıdakı JavaScript kodu, çərəzləri ekrana çıxarmır.
İcmal
Müraciət: Çərəzlərin yalnız veb brauzer və server ararında istifadə edilməsini təmin edir və bu çərəzlər, yalnız HTTP və ya HTTPS protokolları üzərindən göndərilə bilir.
JavaScript: Pisniyyətli bir haker, XSS hücumu təşkil etməyə çalışsa, JavaSciprt istifadə edərək çərəzləri oxuya və oğurlaya bilməz, çünki HTTP Only Flag, JavaScript kodlarının çərəzlərə müraciətini əngəlləyir.
İstifadəsi
HTTP Only Flag, bir sayt yaradılarkən istifadə edilə bilər və edilməsi mütləqdir. Xüsusilə də, istifadəçilərin giriş məlumatları kimi həssas dataların çərəzlərdə saxlanıldığını nəzərə alsaq, bu özəllik ilə çərəzlərin təhlükəsizliyini artıra bilərik.
PHP dilində istifadəsi
PHP-də setcookie funksiyası ilə HTTP Only Flag-i əlavə edə bilərik.
Node.js (Express) ilə istifadə
Node.js və Express istifadə edərək çərəz yaradarkən res.cookie funksiyasını istifadə edə bilərik.
Python (Flask) ilə istifadə
Python və Flask ilə çərəz yaradarkən response.set_cookie funksiyasını istifadə edə bilərik.
Bu nümunələrdə httponly flag-indən əlavə secure və samesite flag-ləri də istifadə olunmuşdur. secure flag-i çərəzlərin yalnız HTTPS üzərindən göndərilməsini təmin edir. samesite flag-i isə CSRF hücumlarının qarşısını almağa kömək edir. Ümumilikdə bu əlavə flag-lər, çərəzlərin təhlükəsizliyini artırmağa kömək edir.
Last updated