💻HTML

HTML mövzuları

HTML – Hyper Text Markup Language – səhifənin skeleti üçün

CSS – makyaj və gözəlləşdirmə üçün

JavaScirpt – səhifənin dinamik olması üçün istifadə olunur.

<html>
<head>
<meta>
<title>
<style> - </style> - CSS kodları
</head>

<body>
<script> - </script> - JavaScript kodları
</body>
</html>

HTML kodları
Açıqlaması

<!DOCTYPE html>

Bu, HTML sənədi olduğunu bildirir.

<html>

HTML səhifəsinin kök elementidir.

<head>

HTML səhifəsi haqqında META məlumatları ehtiva edir.

<title>

HTML səhifəsi üçün sərlövhəni bildirir. Brauzerdə TAB (vərəq) adının yazıldığı hissədir.

<body>

Səhifənin gövdəsidir. Başlıq, paraqraf, şəkillər, keçidlər (linklər), cədvəllər, siyahılar və s. üçün bir konteynerdir.

<h1> - <h6>

Səhifədə yeni bir başlıq daxilində mətn yazmaq üçündür. h1-daha böyük mətn, h6- daha kiçik mətnləri yazmaq üçündür.

<p>

Paraqrafı bildirir.

<br>

Bir alt sətrə keçmək üçün istifadə olunur.

<hr>

Bir alt sətrdən üfüqi, horizontal xətt çəkir.

<a href=”www.google.com”>Google-un saytı </a>

Linkləri qeyd etmək üçündür.

<img src="w3schools.jpg" alt="W3Schools.com" width="104" height="142">

Şəkilləri daxil etmək üçündür. src, alt, width, height isə atributlardır.

<pre> - </pre>

Bu etiketlərin arasına daxil edilən mətn, formatlanmır. Olduğu kimi yazılır.

<tagname style="property:value;">

Etiketə style atributunu daxil edərək mətnin formatını dəyişmək olur. Property və value, CSS-in property-si və value-sidir.

<h1 style="color:blue;">Yazı</h1>

"Yazı” mətninin rəngini göy edir.

<body style="background-color:blue;">

Mətnin arxaplan rəngini göy edir.

<h1 style="font-family:verdana;">Yazı</h1>

Yazı” mətninin şritftini verdana edir.

<h1 style="text-align:center;">Yazı</h1>

Yazı” mətnini mərkəzə hizalayır.

<b>

Mətni qalın etmək üçündür.

<strong>

Mətnin yüksək əhəmiyyətə sahib olduğunu göstərir.

<i>

Mətni italik etmək üçündür.

<em>

Vurğulanan mətni göstərmək üçündür.

<mark>

Vurğulanan mətni göstərmək üçündür.

<small>

Mətni daha kiçik etmək üçündür.

<del>

Mətni silinən kimi göstərmək üçündür.

<!-- Mətn - - >

Mətni rəy sətri olaraq göstərir.

Last updated